Dünya çempionu AVRO-2020 üçün heyəti müəyyənləşdirib

Dünya çempionu AVRO-2020 üçün heyəti müəyyənləşdirib
# 12 dekabr 2020 12:45 (UTC +04:00)

Fransa milli komandasının AVRO-2020-nin final mərhələsi üçün heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu son dünya çempionunun baş məşqçisi Didye Deşam açıqlayıb.

O bildirib ki, yayda keçiriləcək yarış üçün iştirak ərizəsinin yekun variantını müəyyənləşdirə bilər. Lakin mütəxəssis mümkün zədələrdən ehtiyatlandığı üçün “23-lüy”ü açıqlamağa tələsmir: “Heyət 100 faiz hazırdır. Düzdür, hələ çox şey ola bilər. Amma ümid edirəm ki, bütün oyunçular mövsümü zədəsiz başa vuracaq”.

Qeyd edək ki, koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan turnir iyunun 11-dən iyulun 11-dək Avropanın 12 şəhərində, o cümlədən Azərbaycan paytaxtı Bakıda keçiriləcək. Fransa millisi Almaniya, Portuqaliya və Macarıstanın da yer aldığı F qrupunun üçüncüsü kimi 1/8 finala adlasa və bu mərhələni keçsə, 1/4 final matçını ölkəmizdə oynaya bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR