Dünyanın ən yaxşı 250 məşqçisi bəlli olub, Qurban Qurbanovun 18 xalı çatmayıb

Dünyanın ən yaxşı 250 məşqçisi bəlli olub, Qurban Qurbanovun 18 xalı çatmayıb
# 30 yanvar 2021 12:14 (UTC +04:00)

Dünyanın ən yaxşı 250 məşqçilərinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssislərin elo reytinqinə əsasən Pep Qvardiola planetin ən yaxşısıdır.

İspaniyalının aktivində 2173 xal var. Argentinalı Dieqo Simeone siyahıda 2-cidir – 2070 xal. İlk “üçlüy”ü cəmi 2 xal geri qalan portuqaliyalı Joze Mourinyo qapayır.

Azərbaycanın ən yaxşı məşqçisi Qurban Qurbanovdur. Onun hesabında 1551 xal var.

49 yaşlı mütəxəssis “250-lik”dən kənar qalıb. “Qarabağ”ın baş məşqçisinə cədvələ düşmək üçün 18 xal çatmayıb. 250-ci yerin sahibi 1569 xal toplayıb.

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin cədvəldə 37-cidir. Rusiyalının 1837 xalı var.

Qeyd edək ki, qardaş Türkiyənin ən yaxşı təmsilçisi Fatih Terimdir. O, 1793 xalla dünyada 53-cüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR