Eden Azar AVRO-2020-ni buraxa bilər

Eden Azar AVRO-2020-ni buraxa bilər
# 16 mart 2021 11:18 (UTC +04:00)

Belçika millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Eden Azarın AVRO-2020-də iştirakı sual altına düşüb.

Apasport.az saytının məlumatına görə, zədələrdən əziyyət çəkən hücumçu əməliyyat olunmalıdır.

Əgər futbolçu cərrahi müdaxiləyə məruz qalsa, cari mövsümü buraxacaq. Bu, onun qitə çempionatında iştirakına da problem yarada bilər.

Azar martın 13-də uzun sürən bərpa prosesindən sonra meydana dönüb. Sonradan onun yenidən xəsarət aldığı aşkarlanıb.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsüm La Liqada 9 oyunda 2 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR