Edinson Kavani Portuqaliya klubunda oynayacaq

Edinson Kavani Portuqaliya klubunda oynayacaq
# 16 avqust 2020 22:54 (UTC +04:00)

PSJ-nin sabiq hücumçusu Edinson Kavaninin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı forvard karyerasını Portuqaliyada davam etdirəcək.

Uruqvay millisinin üzvü "Benfika" ilə anlaşıb. Lissabon təmsilçisi ilə 3 illik müqaviləni razılaşdıran Kavaninin illik maaşı 8 milyon avro olacaq. Ulduz futbolçu qarşıdakı iki gün ərzində tibbi müayinədən keçərək münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Edinson Kavani 2013-cü ildən formasını geyindiyi PSJ ilə müqavilə müddəti başa çatdığı üçün "Benfika"ya havayı keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR