Edinson Kavani yenidən A seriyasında oynaya bilər

Edinson Kavani yenidən A seriyasında oynaya bilər
# 04 iyul 2020 11:19 (UTC +04:00)

Fransanın PSJ klubunun sabiq futbolçusu Edinson Kavani karyerasını yenidən İtaliya A seriyasında davam etdirməyə yaxındır.

Apasport.az sauyının məlumatına görə, 33 yaşlı uruqvaylı hücumçu və “Roma” arasında danışıqlarda ilkin razılıq əldə olunub.

Gələn həftə futbolçunun nümayəndələri klub rəhbərliyi ilə görüşərək müqavilənin detallarını da razılaşdıracaq. Kavani yeni klubuna azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, Edinson Paris təmsilçisinin tarixinin ən yaxşı bombardiridir. O, 2013-20-ci illərdə oynadığı komandada 200 qol vurub. O, İtaliyada “Palermo” və “Napoli”nin formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR