Elmar Baxşıyev: “Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq”

Elmar Baxşıyev: “Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq”
# 10 aprel 2021 18:12 (UTC +04:00)

“Oyunun belə ağır keçəcəyini bilirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” ilə keçirilən oyun barədə danışarkən deyib.

Qəbələ şəhər stadionunda baş tutan və 2:2 hesabı ilə yekunlaşan qarşılaşmadan sonra 41 yaşlı mütəxəssis mübarizəni dəyərləndirib: “Rəqib çempionluğa oynayır və heyətində hücumameyilli oyunçular kifayət qədərdir. Bizi təhlükənin hardan gözlədiyini bilirdik. Bizim də öz planımız var idi. Dinamik mübarizə alındı. Hər iki komanda hücum futbolu göstərdi. Ədalətli nəticə də heç-heçə idi”.

- 1 xal qazandız, yoxsa 2 xal itirdiz?
- İlk gündən komandamdan tapşırığım hücum futbolu etmək və hücum edə-edə müdafiə olunmaqdır. Oyunçularımın meydandakı işini düzgün icra etdiyini görəndə məmnun qalıram. Komandam istədiyimi meydanda göstərməyəndə üzülürəm. Nəticədən çox oyuna fikir verirəm. Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq.

- Bəzi epizodlarda kəski reaksiya göstərdiniz. Hakimlikdən sanki yenə narazı idiniz?
- Özümə söz vermişəm ki, hakimliklə bağlı geniş danışmayacam. Futbol digər idman növlərindən ona görə seçilir ki, emosiyalar çox yüksək olur. Kənardan emosional görünməyimiz sizi təəccübləndirməsin.

- Niklas Rayselin zədəsi nə yerdədir?
- Niklasın zədəsi hələ də sağalmayıb. Hazırda bərpa dönəmi keçir. İnşallah, gələn oyunlarda ondan yararlanarıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR