AFFA İcraiyyə Komitəsi üzvlərinin nəzərat edəcəyi sahələr açıqlanıb

AFFA İcraiyyə Komitəsi üzvlərinin nəzərat edəcəyi sahələr açıqlanıb
# 28 yanvar 2020 12:39 (UTC +04:00)

Bu gün AFFA-nın növbəti konfransının ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasdan sonra qurum rəsmiləri Elxan Məmmədov və Vaqif Sadıqovun iştirakı ilə mətbuat konfransı baş tutub.

İlk olaraq çıxış edən Elxan Məmmədov iclasda duran məsələlərdən danışıb: “Bəzi yeni sistem tətbiq olundu. İsgəndər Cavadov region futboluna cavabdeh olacaq, Kazbek Tuayev veteranlarla işbirliyi görəcək. Mən icraçı vitse-prezident təyin olundum. Zaur Axundov futzalla, Rauf Əliyev uşaq futboluna nəzarət edəcək. Vaqif Sadıqov məşqçilər və klublarla işbirliyi edəcək. Elşad Nəsirov milli komandalara nəzarət edəcək. Firudin Qurbanov tələbə, məktəbli futboluna cavabdeh olacaq. Elmar Məmmədyarov beynəlxalq əlaqələr üzrə fəaliyyət göstərəcək”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR