Elxan Məmmədov: "Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir"

Elxan Məmmədov: "Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir"
# 14 fevral 2021 19:12 (UTC +04:00)

“Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim”.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ölkə çempionatındakı mübarizəni dəyərləndirərkən deyib.

Vitse-prezident AFFA-nın feysbuk səhifəsinə açıqlamasında komanda sayının artması ilə Premyer Liqadakı mübarizənin daha da gərginləşməsinin vacib olacağını vurğulayıb: “Səkkiz komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz. Hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR