Elxan Məmmədov: "Millinin baş məşqçi postuna 32 namizədimiz var"

Elxan Məmmədov: "Millinin baş məşqçi postuna 32 namizədimiz var"
  • Clock-gray 13:01
  • calendar-gray 28 Yanvar 2020

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərin sayı bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov açıqlayıb.

AFFA-nın növbəti Konfransı və İcraiyyə Komitəsindən sonra media nümayəndələrinin suallarını cavablandıran qurum rəsmisi bu rəqəmi açıqlayıb: “Namizədlər çoxdur. 32 namizədimiz var. Heç biri ilə danışıqlar aparılmayıb. Onlar hazırda vakant məşqçilərdir. İcraiyyə Komitəsi ümumi istiqamət bildirmək üçün öz fikirlərini bildirdi. Hər İcraiyyə Komitəsi üzvü növbəti iclasa qədər öz fikrini bildirəcək. Növbəti iclasa qədər siyahı 13-15-ə enəcək”.

ApaSport

Digər xəbərlər

Arxiv

date