Emin Mahmudov: “Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”

Emin Mahmudov: “Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”
# 29 mart 2021 18:47 (UTC +04:00)

“Serbiya çox çətin rəqibdir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov deyib.

Yığmamız DÇ-2022-nin seçmə mərhələsində sabah Bakı Olimpiya Stadionunda Serbiyanı qəbul edəcək.

Qarşılaşmadan öncə keçirilən mətbuat konfransına qatılan 29 yaşlı yarımmüdafiəçi matça kökləndiklərini söyləyib: “Serblərdə böyük futbolçular var. Amma yenə də əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq. Heç nə itirmirik. Qələbə qazanmağa çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR