“Everton” qapıçısının evi silahlı maskalılar tərəfindən qarət olunub

“Everton” qapıçısının evi silahlı maskalılar tərəfindən qarət olunub
# 10 mart 2021 12:07 (UTC +04:00)

İngiltərənin “Everton” klubunun qapıçısı Robin Olsenin evi qarət olunub.

Apasport.az saytının məlumatına görə, cinayəti naməlum maskalı şəxslər törədib.

Hadisə zamanı futbolçu, həyat yoldaşı və uşaqları da evdə olub. Onlar evdə olanlara bıçaq və xəncərlə hədə-qorxu gəliblər. Cinayətkarlar evdə pul və qiymətli əşyaları axtarıb.

Qeyd edək ki, araşdırmalara başlayan polis heç kimin zərər çəkmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR