FİFA milli komandaların iyundakı oyunlarını keçirməməyi tövsiyə edib

FİFA milli komandaların iyundakı oyunlarını keçirməməyi tövsiyə edib
# 04 aprel 2020 00:13 (UTC +04:00)

Koronavirus pandemiyası ilə bağlı yaradılan FİFA-nın İşçi Qrupunun iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıdakı müzakirələrdən sonra FİFA milli komandaların iyunda keçirilən bütün oyunları təxirə salmağı tövsiyə edib.

Bu, təkcə kişi deyil, həmçinin qadınlardan ibarət yığmalara şamil olunub. Yaxın günlərdə konfederasiyaların nümayəndələri ilə videokonfransın keçirilməsi planlaşdırılıb ki, burada DÇ-2022-nin seçmə mərhələsinin təqvimindəki dəyişikliklər müzakirə edilsin.
Qeyd edək ki, FİFA-nın tövsiyəsindən bir neçə gün öncə UEFA milli komandaların iyundakı bütün oyunlarını təxirə salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR