FİFA ən yaxşı qadın qapıçını mükafatlandırıb

FİFA ən yaxşı qadın qapıçını mükafatlandırıb
# 17 dekabr 2020 22:15 (UTC +04:00)

2020-ci ilin ən yaxşılarını mükafatlandırması mərasimi başlayıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən FİFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında onlayn təşkil olunan tədbirdə öncə ən yaxşı qadın qapıçının adı bəlli olub.

Bu mükafata Sara Buhaddi (Fransa, “Lion”) layiq görülüb. O, digər namizədlər - Kristian Endler (Çili, PSJ) və Alissa Naheri (ABŞ, “Çikaqo Red Stars”) arxada qoyub.

Qeyd edək ki, ötən il mükafat Sari van Vanendala (Niderland, “Arsenal”/ “Atletiko”) nəsib olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR