FİFA öz transferinə pul qoyuluşu edən futbolçunun cəzasını dondurub

FİFA öz transferinə pul qoyuluşu edən futbolçunun cəzasını dondurub
# 03 yanvar 2021 12:22 (UTC +04:00)

İspaniyanın “Atletiko” klubunun müdafiəçisi Kiran Trippierə verilən cəza dondurulub.

Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Assosiasiyasının verdiyi 10 həftəlik diskvalifikasiyanı FİFA müvəqqəti dayandırıb.

Futbol oyununa və öz transferinə pul qoyuluşu etməkdə günahlandırılan İngiltərə millisinin üzvünün cəzası dekabrın 23-dən qüvvəyə minməli idi. Lakin apelyasiyaya müraciət edən “Atletiko” hadisənin onlarla əlaqəsinin olmadığını bildirib. Madridlilərin təqdim etdiyi dəlillərlə razılaşan FİFA cəzanı dondurub. İndi İspaniya təmsilçisi cəzanın tamamilə ləğvi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Qeyd edək ki, Kiran Trippier “Atletiko”ya 2019-cu ilin yayında İngiltərə təmsilçisi “Tottenhem”dən keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR