FİFA prezidenti: “Gözləmək risk etməkdən yaxşıdır”

FİFA prezidenti: “Gözləmək risk etməkdən yaxşıdır”
# 10 aprel 2020 13:12 (UTC +04:00)

"Əsas prioritetimiz insan sağlamlığıdır. Hazırda bu, bizim üçün ilk sırada gəlir".

Apasport.az saytının məlumatına görə, bunu FİFA prezidenti Canni İnfantino deyib.

Koronavirus pandemiyasının yayılması səbəbindən dünyanın bir çox ölkəsində futbol yarışlarının dayandırılmasına münasibət bildirən ali futbol qurumunun rəhbəri çempionatları bərpa etməyə tələsməməyi məsləhət görüb. İnfantino belə bir vəziyyətdə riskə ehtiyac olmadığını söyləyib: "Vəziyyət yüz faiz düzəlməyənə qədər futbolu bərpa etmək və rəqabəti davam etdirmək məsuliyyətsizlikdən də yüksəkdir. Bunu hamı aydın başa düşməlidir. Bir qədər də gözləmək lazımdırsa, bunu etməliyik. Bir az gözləmək risk etməkdən yaxşıdır".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən AVRO-2020 gələn ilə keçirilib, Çempionlar Liqası, Avropa Liqası, milli çempionatlar və kubok oyunları dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR