FİFA prezidenti istintaq müddətində vəzifəsində qalacaq

FİFA prezidenti istintaq müddətində vəzifəsində qalacaq
# 02 avqust 2020 13:39 (UTC +04:00)

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.

Apasport.az saytının məlumatına görə, bu, qurumun bəyanatında əks olunub.

FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: “Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR