FİFA rəsmisi: "Üçüncü "transfer pəncərəsi" açıla bilər"

FİFA rəsmisi: "Üçüncü "transfer pəncərəsi" açıla bilər"
# 12 aprel 2020 20:52 (UTC +04:00)

Koronavirus pandemiyası ilə əlaqədar futbol yarışlarında fasilə yarandığından, 3-cü "transfer pəncərəsi" açıla bilər.

Apasport.az saytının məlumatına görə, bunu FİFA Müşahidə Şurasının sədri Ceyms Kiçinq deyib.

Ali futbol qurumunun nümayəndəsi futbolçuların rahatlığının təmini üçün müxtəlif formada işlər aparıldığını söyləyib: "Üçüncü "transfer pəncərəsi" görə bilərik. Müqavilə müddəti planlaşdırılan tarixdən gec başa çatacaq futbolçuların da özlərini bu baxımdan rahat hiss etmələrini istəyirik".

Kiçinq həmçinin onu da vurğulayıb ki, FİFA futbolçularla yanaşı, klubların da zərər görməməsinə çalışır: "Təxirəsalmaların nə vaxta qədər davam edəcəyi, transfer dönəmləri və əlavə müddət üçün çalışmalar davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR