FİFA və UEFA yeni turnirlə bağlı federasiyalara xəbərdarlıq edib

FİFA və UEFA yeni turnirlə bağlı federasiyalara xəbərdarlıq edib
# 21 yanvar 2021 15:41 (UTC +04:00)

UEFA və FİFA birgə bəyanatla çıxış edib.

Apasport.az saytının məlumatına görə, adıçəkilən qurumlar Avropa Super Liqası turnirinin yaradılması ehtimalına sərt reaksiya bildirib.

Bəyanatda vurğulanıb ki, klublar tərəfindən təşkil edilməsi gündəmdə olan Avropa Super Liqasına qatılacaq komandalar və futbolçular həm UEFA-nın, həm də FİFA-nın nəzdində keçirilən bütün turnirlərdə iştirak hüququndan məhrum ediləcək.

Buna klub turnirləri ilə yanaşı, milli komandaların beynəlxalq oyunları da şamildir. FİFA məsələ ilə bağlı bütün federasiyalara xəbərdarlıq göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR