Falkao ABŞ klubu ilə anlaşıb

Falkao ABŞ klubu ilə anlaşıb
# 05 yanvar 2021 16:59 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Radamel Falkao karyerasını ABŞ-da davam etdirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı forvard “İnter Mayami” klubu ilə anlaşıb.

Kolumbiya millisinin üzvünün son addımı bu keçidin yaxın müddətdə reallaşacağından xəbər verir. O, instaqram səhifəsində “Qalatasaray”da çıxış etdiyinə dair bildirişi silib, həmçinin “İnter Mayami”ni izləməyə başlayıb. Bu isə yerli mətbuatın diqqətindən qaçmayıb.

Qeyd edək ki, bu mövsüm 9 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Radamel Falkaonun yüksək məvacibi səbəbindən “Qalatasaray” onu transferə çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR