Fatih Terim derbilərdə yeni rekord müəyyənləşdirib

Fatih Terim derbilərdə yeni rekord müəyyənləşdirib
# 24 fevral 2020 09:04 (UTC +04:00)

Türkiyə Super Liqasının XXIII turunda "Fənərbaxça" ilə səfər oyunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əzəli rəqiblə duellərdə yeni rekorda imza atıb.

Buna qədər sonuncu dəfə 21 il əvvəl - 1999-cu ildə "Fənərbaxça" üzərində Kadıköydəki qələbə zamanı da "cim-bom"u çalışdıran Terim məşqçilik karyerası ərzində "sarı-lacivərdlilər" üzərində 6-cı qalibiyyətini əldə edib. Bununla da 67 yaşlı çalışdırıcı yeni rekord müəyyənləşdirib.

"Qalatasaray"ın Fatih Terimin rəhbərliyi altında "Fənərbaxça" üzərində qələbə qazandığı oyunlar:
1998-1999. "Qalatasaray" - "Fənərbaxça" - 2:0
1999-2000. "Fənərbaxça" - "Qalatasaray" - 1:2
2002-2003. "Qalatasaray" - "Fənərbaxça" - 2:0
2011-2012. "Qalatasaray" - "Fənərbaxça" - 3:1
2012-2013. "Qalatasaray" - "Fənərbaxça" - 2:1
2019-2020. "Fənərbaxça" - "Qalatasaray" - 1:3

Qeyd edək ki, "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub edən "Qalatasaray" turnir cədvəlində liderliyə şərik olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR