Fatih Terim və "Qalatasaray"ın vitse-prezidenti xəstəxanadan evə buraxılıb

Fatih Terim və "Qalatasaray"ın vitse-prezidenti xəstəxanadan evə buraxılıb
# 30 mart 2020 15:24 (UTC +04:00)

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim xəstəxanadan buraxılıb.

Apasport.az saytının məlumatına görə, həkimlər koronavirus pandemiyasından əziyyət çəkən təcrübəli mütəxəssisin evə buraxılmasına icazə veriblər.

Martın 23-dən xəstəxanada həkim nəzarətində olan Terimin son testləri onun sağalma mərhələsində olduğunu göstərib. Doğrudur, koronavirusla bağlı testin nəticəsi hələ də müsbət çıxıb. Lakin müayinənin evdə davam etdirilməsi qərara alınıb. Ehtiyac yaranarsa, Terim yenidən xəstəxanaya yerləşdiriləcək.

Həkimlər evə buraxılmasına baxmayaraq, Terimin karantin rejimindən çıxmayacağını vurğulayıblar.

Qeyd edək ki, koronavirus xəstəliyi ilə bir müddətdir xəstəxanada olan "Qalatasaray"ın vitse-prezidenti Yusuf Günay da eyni şərtlərlə evə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR