Fatih Terimin vidalaşacağı futbolçular bəlli olub

Fatih Terimin vidalaşacağı futbolçular bəlli olub
# 19 fevral 2021 17:59 (UTC +04:00)

Mövsümün sonunda heyətində ciddi dəyişikliklər etməyi planlaşdıran “Qalatasaray”da ayrılacaq 5 futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “cim-bom” yola salacağı oyunçular sayəsində maaş büdcəsində 15 milyon avroya yaxın azalmaya nail olacaq.

Baş məşqçi Fatih Terimin “qara siyahı”sına hücumçu Radamel Falkao başçılıq edir. Müqavilə müddəti gələn ilin yayına qədər olan kolumbiyalının illik qazancı 5 milyon avrodur. Qətər və ABŞ klublarının maraq dairəsində olan 35 yaşlı oyunçunu rəhbərlik hətta pulsuz göndərməyə də hazırdır.

Hazırda “sarı-qırmızılılar”da icarə əsasında çıxış edən Oqenekaro Etebo və Marselo Sarakki müqavilə ilə məxsus olduqları “Stok Siti” və “Leypsiq”ə qayıdacaqlar. Martin Linnes və Şener Özbayraklının isə başa çatan müqaviləsi yenilənməyəcək.

Bundan başqa, Fernando Muslera, Əmrə Akbaba və Yunes Belhandaya maaşlarında endirimə getmək şərti ilə yeni müqavilə təklif olunacaq. Kapitan Muslera artıq məvacibində 1 milyon avroluq endirimə razılıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR