Fernando Santos: "Azərbaycan millisinə 3-4 dəfə qapımıza yaxınlaşmaq imkanı verdik"

Fernando Santos: "Azərbaycan millisinə 3-4 dəfə qapımıza yaxınlaşmaq imkanı verdik"
  • Clock-gray 02:02
  • calendar-gray 25 Mart 2021

“İlk hissədə daim oyuna nəzarət etdik. Hücumları daha yaxşı qura bilərdik, ancaq qol vurmaq üçün vəziyyətlər yaratdıq”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirilən oyunu dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüş barədə oyunsonrası mətbuat konfransında fikirlərini bölüşüb: “Top itkisinə yaxşı reaksiya verirdik, yığcam idik, topu asanlıqla bərpa edirdik. Son nöqtəni qoymaq baxımından daha dəqiq olmalı idik. Ancaq əsas odur ki, qalib gəldik. Avtoqolla qələbə qazansaq da, bəlkə daha çox qol vurmağa layiq idik”.

Santos ikinci hissədəki performansdan narazılıq bildirib: “İkinci hissədə ötürmələrdə çox səhvə yol verdik. Azərbaycan inanmağa başladı, oynamaq üçün boş mövqelər tapdı. Onlara 3-4 dəfə qapımıza yaxınlaşmaq imkanı verdik. Joao Feliksin meydana daxil olması komandanı yaxşılaşdırdı. Elə Joao özü son fürsəti qaçırdı. Qələbə qazanmaq çox vacib idi. Bilirdik ki, uzun müddətdən sonra belə oyunlar həmişə çətin olur. Əlbəttə ki, başqa bir təbiliklə qazanmağa ümid edirdik. Artıq Serbiya haqda düşünəcəyik. Təbii ki, Serbiyaya qarşı oyun fərqli olacaq”.

ApaSport

Digər xəbərlər