“Feyenoord” əfsanəsi ilə yollarını ayırıb

“Feyenoord” əfsanəsi ilə yollarını ayırıb
# 02 fevral 2021 16:14 (UTC +04:00)

Niderlandın “Feyenoord” klubu məşqçisi Dirk Kuytla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı gənc mütəxəssis özü yayıb.

Rotterdam klubunun əfsanəvi futbolçularından sayılan Kuyt bundan sonra baş məşqçi Dik Advokatın köməkçisi vəzifəsində çalışmayacağını açıqlayıb: “Hər kəs “Feyenoord”un mənim üçün nə demək olduğunu bilir. Son illər bu klubda çox təcrübə qazandım. Yollarımızın yenidən kəsişəcəyini bilirəm. Amma indi macəramı başqa yerdə axtarmağın vacib olduğuna inanıram. Mən hisslərimi izləyirəm”.

Qeyd edək ki, 2003-2006 və 2015-2017-ci illərdə “Feyenoord”un formasını geyinən Dirk Kuyt 2018-ci ildən məşqçi kimi fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR