“Fənərbaxça” “Bordo”nun futbolçusunu transfer etmək istəyir

“Fənərbaxça” “Bordo”nun futbolçusunu transfer etmək istəyir
  • Clock-gray 10:09
  • calendar-gray 30 İyul 2020

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən Türkiyənin “Fənərbaxça” klubunun heyətində görmək istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu Samuel Kalunu transfer etmək istəyir.

Super Liqa təmsilçisi Fransanın “Bordo” klubunda çıxış edən 22 yaşlı nigeriyalının keçidini bu yay həll etmək fikrindədir. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq yarımmüdafiəçinin qiyməti 6,5 milyon avrodur.

Qeyd edək ki, Kalu 2019/20 mövsümünün 22 oyununda 1 qol vurub.

ApaSport

Digər xəbərlər