"Fənərbaxça" David Luizlə danışıqlara başlayıb

"Fənərbaxça" David Luizlə danışıqlara başlayıb
# 22 iyun 2020 16:45 (UTC +04:00)

Uğursuz mövsüm keçirən "Fənərbaxça" gələn mövsümün planlarını cızmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, "Sivasspor"dan Mərt Hakan Yandaşla anlaşan İstanbul təmsilçisi transfer etmək istədiyi ilk əcnəbi futbolçunu müəyyənləşdirib.

"Sarı-lacivərdlilər" müdafiə xəttindəki problemi "Arsenal"lı David Luizlə həll etmək niyyətindədir. "Topçular"la müqavilə müddəti başa çatan braziliyalı futbolçu ilə danışıqlara artıq start verilib. Super Liqa klubu 33 yaşlı "sambaçı"ya ilinə 3,5 milyon avroluq maaş olmaqla 2 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, David Luizlə "Benfika" da maraqlanır. Lakin "Fənərbaxça"nın şərtləri onun üçün daha cəlbedici görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR