“Fənərbaxça” Məsut Özilin ardından Eden Azarı transfer etməyi planlaşdırır

“Fənərbaxça” Məsut Özilin ardından Eden Azarı transfer etməyi planlaşdırır
# 18 yanvar 2021 12:37 (UTC +04:00)

Almaniya millisinin sabiq futbolçusu Məsut Özili transfer edən Türkiyənin “Fənərbaxça” klubu heyətinə daha bir ulduz qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Eden Azarın xidmətində maraqlıdır.

Super Liqa təmsilçisi Belçika millisinin və İspaniya “Real”ının ulduzunu mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. “Fənərbaxça” Madrid təmsilçisində özünü yaxşı göstərə bilməyən yarımmüdafiəçidən faydalanmaq arzusundadır.

Qeyd edək ki, Azar cari mövsüm La Liqada 6 oyunda 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR