“Fənərbaxça” “Qalatasaray”ın almaq istədiyi İrfan Can Kahvecini heyətinə qatmaq üçün danışıqlara başlayıb

“Fənərbaxça” “Qalatasaray”ın almaq istədiyi İrfan Can Kahvecini heyətinə qatmaq üçün danışıqlara başlayıb
# 25 yanvar 2021 15:23 (UTC +04:00)

Transfer çalışmalarını davam etdirən “Fənərbaxça” daha bir oyunçuya elçi düşüb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Başakşəhər”in yarımmüdafiəçisi İrfan Can Kahvecini heyətinə qatmaq niyyətindədir.

Bu isə “Qalatasaray” cəbhəsində narahatlıq yaradıb. Çünki Türkiyə millisinin üzvü ilə şəxsi müqaviləni razılaşdıran “cim-bom” “Başakşəhər”lə maliyyə məsələsində anlaşmağa çalışır. “Sarı-lacivərdlilər” də 26 yaşlı orta sahə oyunçusu üçün klubu ilə rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, İrfan Can 2017-ci ildən “Başakşəhər”in formasını geyinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR