“Fənərbaxça” "Qalatasaray"ın istədiyi futbolçunu transfer edib

“Fənərbaxça” "Qalatasaray"ın istədiyi futbolçunu transfer edib
# 06 avqust 2020 16:20 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu Mert Hakan Yandaşı heyətinə qatıb.

“Qalatasaray”ın da maraq dairəsində olan 26 yaşlı futbolçu “sarı-lacivərdlilər”lə 4 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər “Fənərbaxça”da çıxış edəcək.

Qeyd edək ki, yarımmüdafiəçinin son klubu 2017-20-ci illərdə şərəfini qoruduğu “Sivasspor” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR