“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırıb

“Fənərbaxça” baş məşqçisi ilə yollarını ayırıb
# 25 mart 2021 19:43 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçisi Erol Bulutla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, çalışdırıcı ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

“Fənərbaxça” Erol Bulutu əvəzləyəcək mütəxəssisin adını da açıqlayıb. Komanda mövsümün sonunadək Əmrə Bələzoğluna həvalə edilib.

Qeyd edək ki, “Fənərbaxça” 30 oyundan 59 xal toplayıb və Super Liqada 3-cü pillədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR