“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib

“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib
# 28 noyabr 2020 13:30 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu Vətən müharibəsində şəhid olan Niyamin Niftalızadəni yad edib.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsilə məlumat yayıb.

Klub “Fənərbaxça” azarkeşi olan Niftalızadəyə Allahdan rəhmət diləyib: “Azərbaycanla Ermənistan arasındakı döyüşlərdə şəhid olan azərbaycanlı azarkeşimiz Niyamin Niftalızadənin məzarına “Fənərbaxça” forması və “sarı-lacivərdli” əklil qoyulub. Azərbaycan ordusunda vəzifə başında olarkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk”.

Qeyd edək ki, Vətən müharibəsində şəhid olan digər qəhrəmanımız Fərid Dursunovun vəsiyyəti ilə məzarı üzərində “Qalatasaray” bayrağı dalğalandırılıb. “Qalatasaray” rəhbərliyi də buna biganə qalmayaraq, şəhidin atası ilə əlaqə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR