"Fənərbaxça"da bir nəfərdə koronavirus aşkarlanıb

"Fənərbaxça"da bir nəfərdə koronavirus aşkarlanıb
# 07 may 2020 22:57 (UTC +04:00)

Türkiyə futbolunda daha bir koronavirus infeksiyasına yoluxma halı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, "Fənərbaxça"nın çalışanlarından birinin testi müsbət nəticə verib.

Bu barədə İstanbul klubu rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilib ki, bazada çalışan klub işçilərindən birində koronavirus xəstəliyi aşkarlandığından, həmin şəxs karantinə alınıb. Həmçinin daha bir işçi eyni şübhə ilə həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, Türkiyə Super Liqasında mövsümün iyunun 12-də bərpa edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR