“Fənərbaxça”nın 3 futbolçusunda koronavirus aşkarlanıb

“Fənərbaxça”nın 3 futbolçusunda koronavirus aşkarlanıb
# 26 dekabr 2020 22:10 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu koronavirus testinin nəticələrini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”də 3 nəfərin testi pozitiv çıxıb.

Məşqçi korpusu, futbolçu heyəti və klub işçilərindən götürülən testin nəticəsinə əsasən, 3 futbolçunun virusa yoluxduğu aşkarlanıb. Adları açıqlanmayan həmin oyunçular artıq təcrid olunublar.

Qeyd edək ki, “Fənərbaxça” bu gün start verilən Super Liqanın XV turunda istirahət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR