“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizəd müəyyənləşib

“Fənərbaxça”nın baş məşqçi postuna əsas namizəd müəyyənləşib
# 07 aprel 2020 22:05 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, fransalı Loran Blan İstanbul klubunun “sükanı arxası”na keçə bilər.

Bir müddət əvvəl Ərsun Yanalla yollarını ayıran “Fənərbaxça” axtarışlarını ölkə xaricində davam etdirir. 2016-cı ildən işsiz olan 54 yaşlı Blan isə bu posta ən uyğun variant hesab olunur.

Qeyd edək ki, Blan karyerası ərzində “Bordo”, Fransa millisi və PSJ-ni çalışdırıb. O, Paris təmsilçisi ilə üç dəfə ölkə çempionu, eyni sayda Liqa kuboku qazanıb. 2 dəfə ölkə kuboku və 3 Superkuboka da yiyələnən Blan “Bordo”da da 4 titula yiyələnib. O, çempionluq, bir Liqa kuboku və iki Superkuboka sahib çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR