"Fənərbaxça"nın prezidenti ilə azarkeşlər arasında gərginlik yaşanıb

"Fənərbaxça"nın prezidenti ilə azarkeşlər arasında gərginlik yaşanıb
# 24 fevral 2020 01:00 (UTC +04:00)

Türkiyə Super Liqasının XXIII turunda keçirilən "Fənərbaxça" - "Qalatasaray" oyunundan sonra xoşagəlməz hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin prezidenti Ali Koçla azarkeşlər arasında gərginlik yaşanıb.

Komandanın 1:3 hesablı məğlubiyyətinə üzülən fanatlar baş məşqçi Ərsun Yanal və prezident Ali Koçu istefaya səsləyiblər. Buna qəzəblənən İstanbul təmsilçisinin rəhbəri fəxri tribunadan azarkeşlər olan sektora tullanıb. Etirazını sərt şəkildə bildirən prezidentin fanatlarla qarşıdurma yaşamasına onun cangüdənləri imkan verməyiblər və Koçu oradan çıxarıblar.

Qeyd edək ki, 23 turdan sonra "Fənərbaxça" 38 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR