Fransa çempionatında yeni mövsümün təqvimi təsdiqlənib

Fransa çempionatında yeni mövsümün təqvimi təsdiqlənib
# 26 iyun 2020 22:28 (UTC +04:00)

Koronavirus pandemiyası üzündən yarımçıq başa çatdırılan Fransa Liqa1-də növbəti mövsümün təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, təqvimi Peşəkar Futbol Liqasının Direktorlar Şurası təsdiqləyib.

2020/21 mövsümü avqustun 22-də başlayacaq. İlk turun görüşləri iki gün ərzində keçiriləcək.

Qış fasiləsi dekabrın 23-dən yanvarın 6-dək sürəcək. Çempionata 2021-ci il mayın 23-də yekun vurulacaq. Mayın 27-də və 30-da Liqa1-də oynamaq uğrunda pley-off qarşılaşmaları baş tutacaq.

Qeyd edək ki, 2019/20 mövsümündə PSJ çempion elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR