Fransada son 20 ilin ən yaxşı hücumçusu bəlli olub

Fransada son 20 ilin ən yaxşı hücumçusu bəlli olub
# 09 may 2020 23:03 (UTC +04:00)

Fransa Liqa1-də son 20 ilin ən yaxşı hücumçuları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Liqa1-in mətbuat xidməti azarkeşlərlə sorğu keçirib.

Səsvermənin nəticəsində 1998-2004-cü illərdə bu ölkədə "Le Man", "Genqam" və "Marsel"in formasını geyinmiş Didye Droqba hamıdan güclü olub. Fil Dişi Sahilidən olan sabiq forvard həlledici səsvermədə 2012-2016-cı illərdə PSJ-də çıxış edən isveçli Zlatan İbrahimoviçi üstələyib.

Droqba finala gedən yolda Fernando Moryentes, Aleksandr Fray, Kərim Benzema və Pauletanı məğlub edib. İbrahimoviç isə Mario Balotelli, Aleksandr Lakazett, Kilian Mbappe və Edinson Kavanini qabaqlayıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən başa çatdırılan Liqa1-in 2019-20 mövsümünün qalibi PSJ elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR