Fransalı futbolçular iyunda oynamağa qarşı çıxıb

Fransalı futbolçular iyunda oynamağa qarşı çıxıb
# 17 aprel 2020 22:42 (UTC +04:00)

Fransa Liqa1-də çıxış edən futbolçular koronavirus pandemiyası üzündən dayandırılan çempionatın iyunda bərpa olunmasının əleyhinədir.

Apasport.az saytının məlumatına görə, bunu futbolçuların həmkarlar ittifaqının keçirdiyi sorğunun nəticələri göstərib.

Təxminən 1000 oyunçunun qatıldığı sorğuda iştirak edənlərin 75 faizə yaxını koronavirusla bağlı hər hansı bir təhlükənin qaldığı müddətdə meydana çıxmaq istəmədiyini bildirib. Buna baxmayaraq, oyunçuların çempionatın bərpasının tərəfdarıdır.

Sorğu iştirakçılarının təxminən 80 faizi mövsümün ləğvinin əleyhinə çıxıb. Onlar 27 turdan sonra yaranan indiki turnir cədvəlinin dondurulmasına üstünlük verib.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 165 mini keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR