Futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb

Futbol tarixinin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb
  • Clock-gray 23:22
  • calendar-gray 29 Aprel 2020

Futbol tarixinin 10 ən yaxşı məşqçisinin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “FourFourTwo”nun tərtib etdiyi cədvəldə planetin 100 mütəxəssisi yer alıb.

Tarixin ən yaxşı məşqçisi adına şotlandiyalı Aleks Ferqyuson layiq görülüb. Niderlandlılar Rinus Mixels 2-ci, Yohan Kroyff 3-cü olub.

İlk “onluq”da Bill Şenki, Pep Qvardiola, Arriqo Sakki, Mett Basbi, Elenio Errera, Ernst Happel və Valeri Lobanovski də yer alıb.

Qeyd edək ki, ötən il “France Football”ın açıqladığı siyahıda Mixels 1-ci, Ferqyuson 2-ci olmuşdu.

ApaSport

Digər xəbərlər