Futbol üzrə Bolqarıstan çempionatının bərpa tarixi məlum olub

Futbol üzrə Bolqarıstan çempionatının bərpa tarixi məlum olub
# 07 may 2020 16:10 (UTC +04:00)

Bolqarıstan çempionatının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpa tarixi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Bolqarıstan Futbol İttifaqının (BFİ) ekspert qrupu verib.

Çempionat iyunun 5-də bərpa olunacaq. Turnirə iyulun 11-də yekun vurulacaq.

Komandaların məşqlərə mayın ortalarında başlaması planlaşdırılır. Yeni fors-major halların qeydə alınması halında çempionat dayandırılsa, bərpa olunmadan başa çatdırılacaq.

Qeyd edək ki, Bolqarıstanda futbol yarışları martın 13-də dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR