Futbol üzrə Çin çempionatının başlayacağı vaxt açıqlanıb

Futbol üzrə Çin çempionatının başlayacağı vaxt açıqlanıb
# 20 aprel 2020 16:01 (UTC +04:00)

Futbol üzrə Çin çempionatı iyunda başlaya bilər.

Apasport.az saytının məlumatına görə, bunu “Quançjou R&F” klubunun direktorlar şurasının sədri Xuan Şenxua açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən startı verilməyən yeni mövsüm yayda başlamalıdır: “İndiki vəziyyətin qiymətləndirilməsinə əsasən, yeni mövsüm iyunun sonlarında başlayacaq”.

Qeyd edək ki, koronavirusun yayıldığı ilk ölkə olan Çin pandemiyanı sabitləşdirməyə nail olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR