Futbolçulara qarşı irqçi ifadələr yazanların feysbuk hesabları dondurulacaq

Futbolçulara qarşı irqçi ifadələr yazanların feysbuk hesabları dondurulacaq
# 11 fevral 2021 00:00 (UTC +04:00)

İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların son vaxtlar sosial şəbəkələr vasitəsilə irqçi təzyiqlərə məruz qalması feysbuk rəhbərliyini hərəkətə gətirib.

Apasport.az saytının məlumatına görə, şirkət buna yol verən şəxslərə xəbərdarlıq edib.

“Mançester Yunayted”in oyunçuları Markus Reşford, Entoni Marsyal, Aksel Tuanzebe, “Vest Bromviç”dən Romeyn Rouyers, “Çelsi”dən Riis Ceyms və “Mançester Yunayted”in qadın komandasında çıxış edən Loren Ceymsin ünvanına irqçi ifadələr işlədilməsini əsas götürən feysbuk rəhbərliyi bundan sonra analoji addıma əl atan şəxslərlə bağlı tədbir görüləcəyini bəyan edib. Konkret olaraq bu tip status yazanların hesabları qeyri-müəyyən müddətə qədər dondurulacaq.

Feysbukun sahibi olduğu instaqramda isə irqçi fikirlər yazan şəxslərin hesabları silinəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR