Futbolda yeni qaydalar qəbul olunub

Futbolda yeni qaydalar qəbul olunub
# 08 aprel 2020 12:32 (UTC +04:00)

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbol qaydalarında dəyişikliyə əl atıb.

Apasport.az saytının məlumatına görə, topa əllə müdaxilə ilə bağlı yeni qərar qəbul olunub.

Qərara əsasən, top dirsəklə çiyin arasında olan məsafədə yarıdan yuxarıya dəyərsə, "əllə oyun" kimi dəyərləndirilməyəcək. Qısaqol formanın alt hissəsi ilə müdaxilə isə əllə oyun sayılacaq. Qapıya zərbə anında top çiyinlə dirsək arasına dəyərsə, VAR-a müraciət ediləcək.

Digər qərar qapıçılarla bağlı olub. Oyun penaltilər seriyasına qədər uzansa, 120 dəqiqə ərzində göstərilən sarı vərəqə onbirmetrlik zərbə zamanı keçərli olmayacaq. Penalti zərbəsi anında qapıçı qaydanı pozarsa və ya rəqibini hərəkətləri ilə narahat edərsə, qol qeydə alınmasa, zərbə təkrarlanacaq.

İFAB yeni qərarlarla bağlı milli assosiasiyaları məlumatlandırıb. Bu qərarların gələn mövsümdən qüvvəyə minməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR