Gerye “Qarabağ”ı Kipr klubuna dəyişib

Gerye “Qarabağ”ı Kipr klubuna dəyişib
  • Clock-gray 21:46
  • calendar-gray 31 Yanvar 2021

“Qarabağ” müdafiəçisi Vild-Donald Gerye ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmən məlumat yayıb.

Bildirilib ki, Haiti millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Bununla Azərbaycan çempionu intizamsızlığına görə əsas komandadan uzaqlaşdırılan 32 yaşlı sol cinah müdafiəçisindən qurtulub.

Geryenin yeni komandası da artıq məlumdur. O, karyerasını Kiprdə davam etdirəcək. Futbolçu “Apollon” klubu ilə 1,5 illik müqavilə imzalayacaq. Sabah Kiprə yollanacaq haitili “Apollon”la münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Vild-Donald Gerye bu mövsüm Premyer Liqada 8 oyun keçirib, 4 qol vurub.

ApaSport

Digər xəbərlər