Hakerlər PSJ-nin transfer pulunu oğurlayıb

Hakerlər PSJ-nin transfer pulunu oğurlayıb
# 28 oktyabr 2020 00:01 (UTC +04:00)

PSJ-nin 2019-cu ilin yanvarında “Zenit”dən aldığı yarımmüdafiəçi Leandro Paredes üçün “Boka Xuniors”a göndərdiyi həmrəylik ödənişini hakerlər oğurlayıblar.

Apasport.az saytının məlumatına görə, 519 min avroluq məbləğ Argentina klubunun hesabına köçürülsə də, bir qrup haker tərəfindən mənimsənilib.

Həmrəylik ödənişinin ümumi məbləği 1,5 milyon avrodur. “Boka Xuniors” həmin pulun hamısını artıq alıb. Ancaq oğurlanan 519 min avro ilə bağlı axtarışlar davam edir.

Qeyd edək ki, “Boka Xuniors”un yetirməsi olan Leandro Paredes “Zenit”dən PSJ-yə 40 milyon avroya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR