“Hatayspor”un futbolçusunun “Qalatasaray”a keçidi baş tutmayıb

“Hatayspor”un futbolçusunun “Qalatasaray”a keçidi baş tutmayıb
# 01 fevral 2021 15:55 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun heyətinə qatmaq istədiyi Aron Bupendzanın transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, bunu hücumçunun çıxış etdiyi “Hatayspor”un vitse-prezidenti Etem Sunar açıqlayıb.

O bildirib ki, futbolçunu heyətdə saxlamağa üstünlük veriblər: “Bu gün səhər saatlarında “Qalatasaray”la danışıqlarımız oldu. Amma onların təklifini qəbul etmədik. “Qalatasaray”ın endirim istəyi ilə razılaşmadıq. İstanbul təmsilçisinin son təklifi futbolçu dəyişikliyi və bir miqdar vəsaitin ödənməsi idi. O təklif də bizə uyğun gəlmədiyindən razılaşmadıq. Bupendza üçün 10 milyon avro və gələcək satışından 25 faizlik pay istəyirdik. Bir gün öncə “Qalatasaray”ın hər hansı futbolçusu mənim komandamda oynaya bilməz demişdim. Bu, o məna verir ki, biz onların verdiyi maaşı verə bilmərik”.

Qeyd edək ki, Bupendza “Trabzonspor”un da maraq dairəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR