İFAB-ın dəyişikliyi La Liqa üçün təsdiqlənib

İFAB-ın dəyişikliyi La Liqa üçün təsdiqlənib
# 08 may 2020 17:28 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən XXVII turdan sonra dayandırılan İspaniya La Liqasının qalan oyunları ilə bağlı qaydalarda dəyişikliklər edilib.

Apasport.az saytının məlumatına görə, İspaniya Kral Futbol Federasiyası klubların qarşılaşmalar zamanı 5 əvəzetmədən istifadə edə biləcəyini təsdiqləyib.

Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) qaydalarda etdiyi dəyişikliyi qəbul edən ispanlar həmin sistemə uyğun addım atmaq qərarına gəliblər. Bundan başqa, oyunlarda komandaların iştirak ərizəsi 18 oyunçudan 23-ə artırılacaq. Həmçinin matç ərzində su içmək üçün iki dəfə qısamüddətli fasilə yaranacaq.

Analoji qərarlar Sequnda və ikinci liqa üçün də keçərli olacaq. Bütün bunlar futbolçuların zədələnməsinin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, əvəzetmələrinin sayının artırılmasını təklif edən ilk ölkələrdən biri məhz İspaniya olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR