IFAB: Əllə oyuna görə yekun qərar hakimin öhdəsindədir

IFAB: Əllə oyuna görə yekun qərar hakimin öhdəsindədir
# 24 noyabr 2020 14:54 (UTC +04:00)

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, qurum daim müzakirələr mövzusuna çevrilən bəzi futbol qaydalarına aydınlıq gətirib.

IFAB əllə oyun qaydalarına toxunub: “Bu vəziyyətlərlə bağlı interpretasiyanın həmişə ardıcıllıqla olmadığını nəzərə alaraq, IFAB növbəti aydınlatmanı verir. Bir daha qeyd edirik ki, yekun qərar hakimin öhdəsindədir və əllə, ovucla hər toxunuş qayda pozuntusu deyil. Əl bədənin bir parçası və daha kiçikdir. Hakimlər əlin vəziyyətini oyunçunun hərəkətinə əsasən dəyərləndirməlidir”.

Qurum ofsayd barədə də fikir bildirib: “IFAB oyunun daha dinamik və maraqlı olmaq variantlarını araşdırır. Qərara alınıb ki, qaydanı dəyişmək təklifindən öncə geniş sınaqlar tələb olunacaq. IFAB həm də VAR sisteminin son yeniliklərindən xəbərdardır ki, bu da hakimlərə daha çox videoyardım etmək imkanları verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR