İker Kasilyas karyerasını bitirib

İker Kasilyas karyerasını bitirib
# 18 fevral 2020 22:19 (UTC +04:00)

"Portu"nun qapıçısı İker Kasilyas karyerasını bitirib.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya təmsilçisinin prezidenti Jorje Nunu Pinto deyib.

Klub rəhbəri bildirib ki, əfsanəvi qolkiper tezliklə bu barədə açıqlama verəcək və karyerasını bitirdiyini rəsmən elan edəcək. 39 yaşlı ispaniyalı bundan sonra bütün diqqətini İspaniya Futbol Federasiyasının prezidentliyi məsələsinə yönəldəcək. Çünki milli komandanın sabiq üzvü prezidentliyə namizədliyini rəsmən təqdim edib.

Qeyd edək ki, ötən ilin mayında infarkt keçirən İker Kasilyas həmin vaxtdan yaşıl meydanlara çıxmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR