İngiltərə Premyer Liqada növbəti mövsüm bir ay gec başlaya bilər

İngiltərə Premyer Liqada növbəti mövsüm bir ay gec başlaya bilər
# 16 aprel 2020 17:47 (UTC +04:00)

İngiltərə Premyer Liqasında növbəti mövsüm sentyabrın ortalarında başlaya bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası üzündən hələ cari mövsümün taleyinin qeyri-müəyyən olmasıdır.

Bu durum klubları qane etməsə də, indiki vəziyyətdə ən nikbin variantdır. Çünki öncədən avqustun 8-nə planlaşdırılan yeni mövsümün startına qədər dayandırılmış çempionatın başa çatdırılması da mümkünsüz görünür.

Hərçənd Premyer Liqa bərpa olunduqdan sonra üçün təqvimin ilkin variantını da hazırlayıb. Çempionata üstünlük verən təşkilatçılar əvvəl yarışı bitirib, ardınca kubokun bərpasına başlamağı planlaşdırır. Turnirin iyunun 6-da bərpa olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR